Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yunanıstanın baş naziri mayın 19-da gələcək
Yunanıstanın baş naziri mayın 19-da gələcək
15 May 2013 / 10:11 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yunanıstanın baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana işgüzar səfər edəcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, danışıqların əsas mövzusu sərmayə qoyuluşu və iqtisadi əməkdaşlıq məsələləri olacaq. Agentliyin məlumatına görə, Yunanıstan baş nazirinin mətbuat katibliyi səfərin təfərrüatları barədə açıqlama vermir, lakin bir neçə gün əvvəl Bakıya səfər etmiş Yunanıstan XİN rəhbəri Dimitris Avramopulosun burada  apardığı danışıqların əsas mövzusu iki ölkənin enerji əməkdaşlığı olub.

Səfərdən əvvəl Dimitris Avramopulos bəyan edib ki, Azərbaycan üçün Avropa bazarlarına ən əlverişli yol Yunanıstanın üzərindən keçir. O bəyan edib ki, Afina Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliya üzərindən nəql etməklə Avropanın bazarlarına çatdırılması üçün Transadriatik qaz kəmərinin (TAP) tikilməsi hesabına Bakı ilə enerji sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə