Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan ABŞ-a gedib
Ərdoğan ABŞ-a gedib
15 May 2013 / 10:14 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 14-də ABŞ-a dörd günlük səfərə gedib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Suriyadakı vəziyyət və Türkiyədəki son qanlı terror aktları səfərin əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, Ərdoğanı səfərdə XİN rəhbəri Əhməd Davutoğlu, Avropa Birliyi ilə bağlı məsələlər üzrə nazir Egemen Bağış və iqtisadiyyat naziri Zəfər Çaqlayan müşayiət edir.

Türkiyənin baş naziri ilə ABŞ prezidenti B.Obama arasında görüş mayın 16-na planlaşdırılıb. Danışıqların əsas mövzusu Suriyadakı böhran və bu ölkədə qan tökülməsinin qarşısının alınması istiqamətində beynəlxalq səylər olacaq.

R.T.Ərdoğan və B.Obama həmçinin ABŞ və Rusiya arasında bu günlərdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsinə dair əldə olunmuş razılığı da müzakirə edəcək. Bundan başqa, iki liderin görüşündə Türkiyə və İsrail arasında münasibətlərin normallaşması və Türkiyənin daxilindəki sülh prosesinin əsas müzakirə olunacaq məsələlərdən biri olacağı istisna olunmur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə