Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Güclü külək, dolu və leysan Kürdəmiri dağıtdı
Güclü külək, dolu və leysan Kürdəmiri dağıtdı
15 May 2013 / 11:28 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Kürdəmir rayonuna yağan güclü dolu və leysan fəsadlar törədib. Fərdi evlərin, sosial obyektlərin dam örtüyünə, avtomobillərə, əkin sahələrinə və meyvə bağlarına ziyan dəyib.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-ya bildirib ki, ötən gecə Kürdəmir şəhərinə və 10 kəndə diametri 6-7 santimetr olan dolu düşüb. Güclü küləklə müşayiət olunan dolu 15 dəqiqə ərzində rayonun təsərrüfatına xeyli ziyan vurub. İlkin məlumata görə, güclü külək Kürdəmir rayon Peşə Liseyinin tədris binasının dam örtüyünün 750 kvadratmetrlik hissəsini qopararaq yerə atıb. Dolu və leysan yağışı rayon mərkəzində və Köhünlü, Şüşün, Ərəbxana, Sorsor və digər qonşu kəndlərdə evlərin dam örtüyünə, taxıl, tərəvəz və bostan sahələrinə, meyvə bağlarına ziyan vurub. Dolu 15-ə yaxın evin dam örtüyünü dağıdıb, iki minik avtomobilini əzib.

Doludan sonra bir neçə saat davam edən leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə 150-yə yaxın evin zirzəmisinə və həyətyanı sahələrə dolub. Hazırda rayon İcra Hakimiyyəti və FHN-nin Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin köməkliyi ilə əraziyə maşın və nasoslar cəlb edilib və hazırda vətəndaşlara məxsus evlərdən və həyətyanı sahələrdən yağış sularının çəkilməsi üçün iş aparılır.

Faktla bağlı rayon Fövqəladə hallar komissiyası araşdırma aparır, vətəndaşların müraciətlərini qəbul edir. Təsərrüfatlara dəyən ziyan hesablanır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə