Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nuru Paşanı Şəhidlər Xiyabanında anacağıq”
“Nuru Paşanı Şəhidlər Xiyabanında anacağıq”
15 May 2013 / 11:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Millət vəkili Fazil Mustafa mayın 25-də Nuru Paşanın yad edilməsi ilə bağlı tədbir təklifi edib. arxiv.bizimxeber.az xəbər verir ki, o Nuru Paşanın anımını şəhidlər Xiyabanında təşkil olunacağını deyib: “May ayının 25-i Azərbaycanın Milli Qəhrəmanı Nuru Paşanın Gəncəyə gəldiyi gündür. 95 il öncə Azərbaycanı xilas missiyası buradan başlamışdır. Həmin gün Şəhidlər Xiyabanında saat 11.00-da Türk əsgərinin şərəfinə qoyulmuş abidəni dostlarımızla ziyarət edib bu anlamlı tarixi bir daha yaşadacağıq. Ən azı Azərbaycan insanının qədirbilməz olduğunu söyləyənləri yanıltmaq üçün, böyük qəhrəmanımıza sahib çıxmaq üçün, ən başlıcası da üzərimizdə müqayisəyəgəlməz haqqı olan insandan və insanlardan hallallıq almaq üçün…”

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə