Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu qadın İranın prezidenti olmaq istəyir
Bu qadın İranın prezidenti olmaq istəyir
15 May 2013 / 12:38 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

İranda iyunun 14-ü keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini verən 686 nəfərdən biri də 27 yaşlı qadındır.

Zəhra Mohammadi prezident Əhmədinejatın baş məsləhətçisi İsfəndiyar Rahim Meşainin namizədliyini irəli sürdüyü gün qeydiyyatdan keçib. Prezidentliyə namizəd olan iranlı qadın jurnalistlərin israrına rəğmən açıqlama verməkdən imtina edib. Mohammadi sadəcə olaraq “qələbə” işarəsi tutmaqla seçkilərdə iddialı olduğunu göstərməklə kifayətlənib.

Qeyd edək ki, artıq seçim öncəsi ölkənin dini lideri Ayətullah Xomeyni ilə prezident Əhmədinejat arasında böyük siyasi rəqabətin yaşandığı deyilir. Məsləhətçisi və qudası Rəhim Meşaini şəxsən namizəd kimi təqdim etməsi isə dövlət başçısının cəzalanması ilə nəticələnə bilər.

Xatırladaq ki, 2009-cu il prezident seçkiləri zamanı ölkə müxalifəti saxtakarlığın olduğunu iddia edərək nümayişlərə başlamışdı.

Nümayişlərdə onlarla insan öldürülmüşdü.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə