Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəzifəli şəxsin oğlu qəzada öldü
Vəzifəli şəxsin oğlu qəzada öldü
15 May 2013 / 12:52 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Mayın 14-nə keçən gecə Bakı şəhərinin Sabail rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərdən biri Əhmədpur Elşən İbrahim oğlu Azərbaycan Uşaq Fondunun Nəsimi rayonu şöbəsinin sədri Almaz Zeynalovanın oğlu olduğu müəyyənləşib. Lent.az-ın məlumatına görə, həmin gün saat 03.00 radələrində Neftçilər prospektində, Qız Qalasının qarşısında Qaradağ rayon sakini, 1991-ci il təvəllüdlü Yusifov Ruslan Eldar oğlunun idarə etdiyi “Man” markalı avtobus ilə “Toyota Prado” markalı minik avtomobili toqquşub. Nəticədə “Toyota”nın sürücüsü, 1984-cü il təvəllüdlü Əhmədpur Elşən İbrahim oğlu və onun sərnişini, 1985-ci il təvəllüdlü Əliyeva Samirə Siracəddin qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs aldığı xəsarətdən ölüb.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Qeyd edək ki, hadisə zamanı ölən şəxslərin cəsədləri əzilmiş avtomobildə qalıb və çətinliklə çıxarılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə