Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP seçki planlarını açıqladı
YAP seçki planlarını açıqladı
15 May 2013 / 13:05 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün YAP Xətai rayon təşkilatında partiyanın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, hakim partiya seçkilərə çox ciddi şəkildə hazırlaşır:

“Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP müəyyənləşdirdiyi seçki planlarına uyğun olaraq tədbirlərini həyata keçirməkdədir. YAP-ın şaxələnmiş rayon təşkilatları mövcuddur və bizim seçki hərəkətləri ümumilikdə rayon təşkilatları vasitəsilə reallaşdırılır. Bugünki müşavirədə də seçki və seçkiyə hazırlıqla əlaqədar müəyyən tapşırıqlar veriləcək. Yerlərdə bundan əvvəl verilmiş tapşırıqların icrası ilə əlaqədar fikir mübadiləsi aparılacaq və növbəti dövrdə həyata keçirəcəyimiz, atacağımız addımlarla əlaqədar işlər müzakirə olunacaq və lazımi tövsiyələr veriləcək. Bizim formalaşmış ənənəmiz ondan ibarətdir ki, seçkiyə ciddi şəkildə hazırlaşaq. Bununla belə seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarını, fəalları və üzvlərinin seçki kampaniyasında yaxından iştirakını təmin etməkdir. Hakim partiyanın 600 min nəfərlik fəal üzvünün seçki kampaniyasına hazırlığını təmin etmək üçün geniş proqram müəyyənləşdirilib. Hesab edirik ki, partiyanın bütün üzvləri seçki, təşviqat-təbliğat kampaniyalarında yaxından iştiraka, bütövlükdə isə Azərbaycanda seçki fəallığının artmasına müsbət təsir göstərəcəklər. Bu mənada biz tez-tez görüşlər, tədbirlər keçirir, fikir mübadiləsi aparırıq”.

Daha sonra tədbir KİV-in iştirakı olmadan davam edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə