Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

GTK-nın Türkiyə təmsilçisi məlum oldu
GTK-nın Türkiyə təmsilçisi məlum oldu
15 May 2013 / 15:33 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Türkiyədəki Baş Təmsilçiliyi yaradılıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Türkiyənin tanınmış ictimai xadimi Şener Danyıldız qurumun Türkiyədəki Baş Təmsilçisi təyin edilib. GTK Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Orxan Əliyev bildirib ki, qurumun prezidenti Daşqın Gülməmmədov Şener Danyıldızın Türkiyədəki Baş Təmsilçi təyin edilməsi haqqında sərancam imzalayıb.

GTK-nın Türkiyədə Baş Təmsilçiliyinin yardılması Gürcüstanda yaşayan türklərin problemlərini Türkiyə cəmiyyətinə çatdırmaq, insan hüquqlarının qorunması sahəsində rəsmi Ankaranın diqqətinin çəkmək məqsədi daşıyır. GTK vitse-prezidenti onu da əlavə edib ki, Türkiyədə Baş Təmsilçi türk iş adamlarının və investorların Borçalıya cəlb edilməsi məqsədlərinin də reallaşdırmasına şərait yaradaçaq: “Hazırda Türkiyədə media, cəmiyyət və siyasi dairələr Gürcüstandakı türk əhalisi və ümumən Borçalı haqqında çox cüzi məlumatlara malikdirlər. Bu çatışmamazlıq yaxın zamanlar içində aradan qaldırılacaq. Bundan başqa, GTK Qazağıstan, Rusiya, Almaniya, Ukrayna və Azərbaycanda Baş Təmsilçiliklərinin yaradılmasını nəzərdə tutub”.

Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə