Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Magistr və doktorantlar hərbi xidmətdən azad olunacaq?
Magistr və doktorantlar hərbi xidmətdən azad olunacaq?
15 May 2013 / 15:56 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Mayın 17-də keçiriləcək Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında” qanun layihəsi müzakirə ediləcək.

Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov APA-ya açıqlamasında bildirib ki, qanun layihəsində Azərbaycanda magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi kəskin şəkildə qoyulub.

Onun sözlərinə görə, magistratura və doktorantura pilləsində təhsil alan oğlan tələbələrin hərbi xidmətdən azad olunması ilə təhsilin, elmin inkişafını stimullaşdırmaq lazımdır: “Bir faktı qeyd edim ki, son illər doktoranturaya qəbul olanların 80-85%-i qızlar, 15%-i isə oğlanlardır. Oğlanların isə 80-85%-i qiyabi təhsil alanlardır. Deməli, bir il ərzində 1-2 oğlan tələbə əyani şöbəyə daxil olur və ya olmur. Qızları isə müəyyən işlərə cəlb edilir, lakin bəzi müddətdən sonra onların problemləri ortaya çıxır. Belə olduğu halda indiki elm müharibəsinə kimlərlə gedirik? Biz gender bərabərliyinə hörmətlə yanaşmalıyıq. Artıq bu vəziyyətdə balans pozulub. Yəni çox çətin bir vəziyyət yaranıb. Gəncləri, xüsusilə oğlanları fundamental elm sahəsinə cəlb etmək lazımdır. Əvvəllər fizika, tarix, riyaziyyat, kibernetika, coğrafiya və digər fakültələrdə 1-2 qız olduğu halda, qalanları oğlan olurdu. Amma indi elə qrup var ki, orada heç oğlan yoxdur. Magistrləri də hərbi xidmətə aparırlarsa, deməli, yenə də elmi qızlarla inkişaf etdirmək lazımdır. Ona görə də disbalansı, qeyri-mütənasibliyi aradan qaldırmaq üçün hələlik ilk addım olaraq magistraturada təhsil alanlara müvəqqəti olaraq icazə verilməlidir. Belə olduqda oğlanların sayı artar ki, bu da gələcək universitetlərin kadr potensialının artmasına şərait yaradar”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə