Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hər 17 ildən bir 6,3 ballıq zəlzələ – Abşeron yarımadasında
Hər 17 ildən bir 6,3 ballıq zəlzələ – Abşeron yarımadasında
15 May 2013 / 17:32 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Zəlzələlərin zaman ardıcıllığı dinamikasının klasterlərə ayrılması: Abşeron-Balkanyanı zonasına tətbiq” mövzusunda məruzə dinlənilib.

Bziimxeber.az-ın məlumatına görə, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov, şöbənin aparıcı elmi işçisi Qulam Babayev, İtaliyanın “Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu”nun “Yer Elmləri və Ətraf Mühit” departamentinin rəhbəri, professor Luçiano Teleska tərəfindən hazırlanan tədqiqat Abşeron yarımadasından Türkmənistanın Kopetdağ ərazisinə qədər baş verən zəlzələlərin qanunauyğunluqlarını əhatə edir.

Luçiano Teleska bildirib ki, Azərbaycan alimlərinin apardıqları tədqiqatlar nəticəsində Abşeron-Balkanyanı zonasının seysmikliyinin zaman qanunauyğunluqları barədə yeni məlumatlar əldə edilib. O, ilk dəfə olaraq seysmik hadisələrin zaman axınından təsadüfi olmayanların seçildiyini, gizli dövrlərin aşkarlandığını, güclü və orta güclü zəlzələ qruplarının maqnitudasının aşağı və yuxarı hədd qiymətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Fəxrəddin Qədirov isə bildirib ki, Abşeron yarımadasında 6,3 maqnitudadan yuxarı olan zəlzələlərin dövriliyi 17 il ola bilər. Onun sözlərinə görə, zəlzələlərin zamana görə qruplaşmasının ardınca onların məkana görə qruplaşması da tədqiq ediləcək.

Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayevin sözlərinə görə, tədqiqat zamanı 1842-2012–ci illər arasında Abşerondan Türkmənistanın Kopetdağ ərazisinə qədər Xəzər dənizi boyunca baş verən seysmik hadisələr klaster (zəlzələlərin oxşarlığa görə qruplaşdırılması), Alan Faktor analizi və çoxölçülü qruplaşma üsulu ilə öyrənilib. Klaster analizi və çoxölçülü qruplaşma üsulu zamanı seysmik hadisələrin qanunauyğunluqları və güclü seysmik hadisələrin dövrləri və qarşılıqlı əlaqələri araşdırılıb. Alan Faktor analizi ilə hadisələr (1910-1938), (1949-1991) və (1995-2012) zaman intervallı və maqnitudası M≥4 olan klasterlərə ayrılıb.

Müəyyən edilib ki, birinci klasterə 9, ikinci klasterə 83 və üçüncü klasterə isə 96 zəlzələ daxildir: “Klaster analizin nəticələri göstərir ki, tədqiqat ərazisində zəlzələlərin baş verməsi təsadüfi deyil, onların müəyyən kinematik və dinamik parametrlərlə xarakterizə edilən lokal və regional tektonik proseslərlə əlaqəsi var. Klaster analiz geodinamiki nöqteyi-nəzərindən Abşeron-Baltikyanı seysmik aktiv zonasının nadir olduğunu təsdiq edib. Belə ki, maqnitudu 4 baldan yuxarı olan seysmik hadisələrin təsadüfi paylanması ilə yanaşı, bu zonada təsadüfi olmayan əlaqə və periodiklik müşahidə olunur. Deməli, regionda zəlzələlərin bir hissəsi təsadüfi olmayıb. Müəyyən kinematik və dinamik xarakteristikaları olan proseslərlə zəlzələlərin ardıcıllığı arasında və bu zəlzələlərin öz aralarında asılılıq mövcuddur. Nəticələr yüksək impakt faktoru olan “Natural Hazards and Earthquake Systems Science (NHESS)” xarici elmi jurnalda çap edilib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə