Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elçin Quliyev Odessaya gedir
Elçin Quliyev Odessaya gedir
15 May 2013 / 17:33 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Mayın 16-da Ukraynanın Odessa şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının 69-cu iclası keçiriləcək.

Bu barədə APA MDB İcraiyyə Komitəsinə istinadən məlumat verib.

Tədbirin gündəliyinə 10-dan artıq məsələ daxildir. İclasda Şuraya üzv ölkələrin xarici sərhədlərində vəziyyət və dövlətlərin sərhəd idarələrinin əməkdaşlığının inkişafı müzakirə olunacaq.

Komandanlar həmçinin 2013 və 2014-cü illərdə keçiriləcək birgə xüsusi sərhəd əməliyyatları və operativ-profilaktik tədbirləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası 1992-ci ildə yaradılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə