Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Birbaşa Vilyam Hacıyevin sifarişi ilə həbs olunmuşam”
“Birbaşa Vilyam Hacıyevin sifarişi ilə həbs olunmuşam”
15 May 2013 / 17:44 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Məlum olduğu kimi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Səbail rayon Məhkəməsinə mayın 12-də iddia ərizəsi ilə müraciət edərək, Vətəninfo.az xəbər portalında 11.04.2013-cü il tarixdə yayımlanan “Vilyam Hacıyev iş adamının həbsinə səbəb oldu” başlıqlı məlumatla bağlı şikayətdə bulunub. V.Hacıyev iddia ərizəsində bunları qeyd edir: “Bununla əlaqədar olaraq bildirirəm ki, yazıda adı qeyd edilən iş adamı Cahangir Alışovu tanmıram. Nə mənim, nə də İmişli rayon İcra Hakimiyyətinin Cahangir Alışovla arasında hər hansı iş görülməsi ilə bağlı müqavilə olmayıb, o, İmişli rayonunda hər hansı abadlıq-quruculuq işləri aparmayıb. Mən onunla görüşməmişəm, aramızda hər hansı bir mövzuda söhbət olmayıb və mən onu həbs etdirməmişəm”.

Redaksiyamızın əməkdaşı mövzu ilə bağlı Cahangir Alışovla görüşüb və olub-bitənləri bir də onun dilindən öyrənib.
– Aprelin 4-də Vilyam Hacıyev özünün dəvəti ilə Zülfüqar Səfərovu və məni İmişli rayonuna dəvət edib və bizimlə görüşüb. Ancaq pulu məndən 1 ay öncə almışdı. 250 min manatın bir aya ödənilməsi haqqında 1-ci müavini Səfa Ağayevin yanında mənə söz vermişdi. Biz də həmin görüşdə əl verib razılaşmışdıq. Ay yarım keçəndən sonra pulu almaqdan ötrü İmişliyə getdik. Lakin Vilyam Hacıyev min cür bəhanələrlə pulu ödəməkdən boyun qaçırdı. Biz israrla pulun ödənilməsini tələb etdik. Onda Vilyam Hacıyev bizdən möhlət istədi və vəsaiti yaxın vaxtlarda ödəyəcəyinə söz verdi. Biz qayıtdıq Bakıya. Aprelin 7-də İmişli rayon Polis İdarəsi tərəfindən mənə zəng olunub ki, siz Vilyam müəllimin dəvət ilə İmişliyə gəlməlisiniz. Aprelin 8-də yenidən İmişliyə getmişəm və gecə saat 22:05-də guya inzibati xəta törətdiyimə görə Vilyamın göstərişi ilə 5 günlük həbs olunmuşam.

– İnzibati xətanı harda törətmisiniz?
– Bilmirəm. Mənə də bəlli deyil. Vilyam Hacıyevin özünə də bu bəlli deyil. Sadəcə olaraq pulu ödəməməyin ucbatından min cür bəhanələrlə vaxtı uzadır. Guya ona yuxarıdan təyziq olunur ki, iş adamlarını incitməyin, camaatın pullarını ödəyin, görülən işlərin həcmi ödənilsin və s. Vilyam kimiləri də başlayırlar iş adamlarını həbslə, hədə-qorxu ilə qorxutmağa. Buna əyani sübut kimi onu qeyd edə bilərəm ki, mənim həbsimdən sonra bir nəfər də olsun iş adamı İmişliyə qorxusundan gedib pullarını tələb edə bilmir. Ancaq mərkəzə, Milli Məclisə, Prezident Administrasiyasına şikayət edərək haqlarını tələb etməkdədirlər.

– Cahangir müəllim, siz öz həbsinizin birbaşa Vilyam Hacıyevin göstərişi ilə həyata keçirildiyində israrlısınız?
– Birbaşa Vilyam Hacıyev tərəfindən, birbaşa onun sifarişi ilə həbs olunmuşam. Əgər o deyirsə ki, mən Cahangiri tanımıram, mənim belə bir iş adam ilə sövdələşməm olmayıb, onda zəhmət olmasa 1-ci müavini Səfa Ağayevi dəvət etsin bloknotu ilə yanına. Nadir Feyziyevin, mənim və digər iş adamlarının imzalayıb ordan avans olaraq pul götürdüyünü göstərsinlər. İkincisi də, əgər o deyirsə ki, mən həbs etdirməmişəm, mən tanımıram belə bir adamları, onda “Azərcell”də bizim telefon danşıqlarımız var, hansı nömrələrlə danışmışıq o da var. Həmin tarixlər çıxarılsın və görsünlər ki, o mənə İmişlidə görülən işlərə görə təşəkkür edib, ya yox. Prezidentin İmişliyə səfərindən sonra mənə demişdi ki, “qardaş, çox sağ ol, təşəkkür edirəm, cənab prezident gəldi-getdi, təşəkkürünü bildirdi bizə. O təşəkkür tək mənə deyil, sizin üçündü, siz iş adamları üçündü”. İndi bu sözləri deyən adam, necə oldu bizləri tanımadı? Təşəkkürü bizimlə yarı böldüyü halda, necə olur, indi deyir bizi tanımır? Pul ödənişi gələndə, camaat pulunu tələb edəndə, tanımadı bizi?

– Məsələ də burasındadır ki, Vilyam Hacıyev Vətəninfo.az-ı məhkəməyə verdiyi iddiasında bildirir ki, guya biz sizin Vilyam Hacıyev tərəfindən həbs olunmağınızla bağlı məlumatı yalan yaymışıq və belə bir məlumatı yaymaqla onun şərəf və ləyaqətini alçaltmışıq.

– Mən şəxsən çöx-çox təəssüf edirəm ki, Vilyam Hacıyev kimi insanlar belə yüksək vəzifələri icra edirlər. Bu da yerlərdə insanların haqlı narazılığına səbəb olur. Təbii ki, o heç bir nüfuz-hörmət sahibi olmayıb. İnsanlar möhtərəm prezidentimizin adına, şəxsiyyətinə xatir ona hörmət edirlər. Yoxsa o adamın nə şəxsi keyfiyyəti, nə siyasi əqidəsi, nə hakimiyyət dairələrində nüfuzu var.
– Biz 11.04.2013-cü ildə yayımlanan məlumatda qeyd etmişik ki, Vilyam Hacıyev sizinlə söhbətində bildirib ki, guya dövlət büdcəsindən ayrılan vəsaitin bir qismi Bakıya qaytarılır. V.Hacıyev sizinlə söhbətində belə bir ifadə işlədib?
– Təbii ki, tək mənim yanımda yox, əksər insanların yanında bu ifadələri işlədib. Hətta bir dəfə də mənim ona iradım oldu dost kimi ki, belə bir ifadə, belə bir hesabatın insanlara verilməsi düzgün deyil. Belə şeyləri demək olmaz.

– İndi vəziyyət nə yerdədi? Vilyam Hacıyevin sizə nə qədər borcu var?
– Qeyd edim ki, İmişli rayonunda yaxın dostum Nadir Feyziyevi Vilyam Hacıyevlə mən tanış etmişəm və Nadir Feyziyev İmişli rayonunda abadlıq və quruculuq işlərinə 580 min manat həcmində vəsait xərcləyib. Təbii ki, bunun 210 mini İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayevin dəftərində də qeyd edildiyi kimi ödənilib, 370 min manat isə bu günə kimi İcra Hakimiyyəti tərəfindən ödənilməmiş qalır. İncidilən vətəndaşlar da cənab prezidentə məktublar ünvanlayırlar, müxtəlif aidiyyati qurumlara gedirlər və haqlarını tələb edirlər.

– Hazırda ödənilməyən 370 min manatın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikriniz varmı?
– Xeyr. Heç bir məhkəməyə müraciət etmək fikrində deyilik. Ona görə ki, Vilyam Hacıyevə dəfələrlə tərəfimizdən deyiləndə ki, “Vilyam müəllim, biz müqavilə bağlayaq, bu şəkildə işi davam etdirək”, o bildirib ki, “bizim bir dənə firmamız var və o firma ilə müqavilə bağlanılıb, bütün gələn vəsaitlər ora daxil olur və ordan da götürülüb fiziki şəxslərə, iş adamlarına işlərin görülməsi üçün verilir”.– Soruşmadınız o hansı firmadı?
– Xeyr. Mən bir şeyi də qeyd edim ki, Vilyam Hacıyevin Eldar adlı bir qardaşı var. Çox tərbiyyəli, səviyyəli bir insandı. Elə Vilyamın imkansız vaxtlarında,mən hər zaman görmüşəm ki, Eldar müəllim ona necə əl tutub. Eldar müəllimlə bağlı da bilindiyi kimi ciddi problemlər yaradıb Vilyam Hacıyev. Əgər bir insan öz qardaşının, nəslinin-kökünün təəssübünü çəkə bilmirsə,o heç bir zaman el təəssübü çəkə bilməz. (Vətəninfo.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə