Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 4 min litr sirkə məhv edildi
Bakıda 4 min litr sirkə məhv edildi
15 May 2013 / 18:15 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

İstehlakçıların aldadılması hallarının qarşısı alınır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 67, mən. 12 ünvanında yerləşən Orxan Hüseynova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Nazirlikdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirim tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilmişdir.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

 

Bundan başqa məlumat verildiyi kimi, fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi halda, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayon, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilmişdir.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə