Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dəhşətli qəza Xaçmazda 4 can aldı
Dəhşətli qəza Xaçmazda 4 can aldı
16 May 2013 / 11:41 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Gecə saatlarında Xaçmaz Rayonuda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəndob-Yalama yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində “VAZ” markalı minik avtomobili ilə “QazEL” markalı yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Qəza nəticəsində “VAZ”ın sürücüsü, 30 yaşlı Vahidov Natiq Ağaoğlan oğlu və sərnişinləri Quba şəhər sakinləri 48 yaşlı Vahabov Hikmət Fikrət oğlu, 22 yaşlı Vahabov Qismət İsmət oğlu, hələlik şəxsiyyəti tam müəyyənləşməyən Xəzər adlı şəxs hadisə yerində dünyasını dəyişib. “QazEL”də olan şəxslər 20 yaşlı Əhmədli Müseyib Fəxrəddin oğlu və 27 yaşlı Abbasov Amid Fərhad oğlu ağır xəsarətlər alaraq Xaçmaz MRX-nın travmatologiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir. Meyitləri əzilən avtomobildən çıxarmaq mümkün olmadığından hadisə yerinə FHN-nin xilasedici qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə