Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsu” işçisini qanunsuz iş başında yaxaladı
“Azərsu” işçisini qanunsuz iş başında yaxaladı
16 May 2013 / 16:29 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması, abunəçilərlə işin düzgün təşkili istiqamətində nəzarət tədbirlərini davam etdirir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Səhmdar Cəmiyyətin əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, onların vəzifələrindən sui-istifadə etməməsi məqsədi ilə qabaqlayıcı tədbirlər görülür.

Su kəməri təsərrüfatında çalışan əməkdaşların mütəmadi olaraq təlimatlandırılmasına və maarifləndirilməsinə baxmayaraq vəzifə borcuna vicdanla yanaşmayan, peşə etikasına əməl etməyən işçilərə də rast gəlinir. Su kəməri təsərrüfatında nəzarətçilərin özbaşına hərəkətləri ilə bağlı növbəti fakt Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi sakinlərinin “Azərsu” ASC-yə etdikləri müraciət əsasında aşkarlanıb. “Azərsu” əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Səbail Sukanal Departamentinin nəzarətçisi Zeynalov Nəsimi Sahib oğlunun qeyri-qanuni əməlləri ifşa edilib. Araşdırma zamanı məlum olub ki, Nəsimi Zeynalov 14 may 2013-cü il tarixdə öz xidməti marşrutuna aid olmayan Səbail rayonu Badamdar qəsəbəsi Sahib İbrahimxəlilov küçəsi ev 3/1 ünvanında Ağazadə Lyudmila Mixayılovnanın mənzilinin su təchizatı sisteminə baxış keçirib.

Baxış zamanı Nəsimi Zeynalov qonşunun Lyudmila Ağazadənin su təchizatı xəttinə qanunsuz qoşulmasına şərait yaratdığını bəhanə gətirərək abunəçinin 500 manat cərimə olunduğunu bildirib. Pulu nağd verməyəcəyi təqdirdə su təchizatını dayandıracağını deyən Nəsimi Zeynalov Lyudmila Ağazadədən 250 manat alıb, qalan məbləğin 15 may 2013-cü il tarixdə ödənilməsini tələb edib və abunəçi bununla razılaşıb. Nəsimi Zeynalov aldığı 250 manata görə ödəniş qəbzi təqdim etmədən gedib. Mayın 15-də Nəsimi Zeynalov tələb etdiyi məbləğin qalan hissəsini almaq məqsədi ilə həmin ünvana gedib və 250 manatı alarkən “Azərsu” ASC-nin əməkdaşları hadisə yerinə gəlib, Nəsimi Zeynalovun qeyri-qanuni əməllərini ifşa ediblər. Fakt “Azərsu” ASC-nin müvafiq struktur bölmələri tərəfindən ciddi araşdırılır.

“Azərsu” ASC bir daha bəyan edir ki, abunəçilərin Səhmdar Cəmiyyətin hər hansı əməkdaşı ilə sövdələşmələrə getməsi, sərfiyyatın gizlədilməsi və azaldılması, eləcə də yaranmış borcun və təyin olunmuş cərimələrin müxtəlif yollarla azaldılması və ləğv edilməsinə yönəlmiş cəhdləri və hərəkətləri yolverilməzdir. Bu cür qeyri-qanuni hərəkətlər “Azərsu” ASC-nin əməkdaşları tərəfindən aşkarlanacaq və onlara qarşı inzibati tədbirlər görüləcək. “Azərsu” əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə qarşılaşan vətəndaşların 955 nömrəli “Zəng mərkəzi”nə dərhal müraciət etməsi və ətraflı məlumat verməsi xahiş olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə