Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mehdi Hüseynzadənin Rəsulzadə ilə münasibətləri olub”
“Mehdi Hüseynzadənin Rəsulzadə ilə münasibətləri olub”
17 May 2013 / 10:29 / Baxış sayı: 76
Font1 Font2 Font3 Font4

Böyük Quruluş Partiyasının(BQP) sədri millət vəkili, Fazil Mustafa dünən Sloveniyada olarkən Mehdi Hüseynzadənin qəbrini ziyarət edib. arxiv.bizimxeber.az xəbər verir ki, deputat orada “Mixaylo” ilə bağlı bir sıra sənədlərlə də tanış olub. Bu barədə Fazil Mustafa deyib: “Dünən Sloveniyada Mehdi Hüseyinzadənin qəbrini ziyarət etdik. Sonra da ev muzeyinə baş çəkdik. Çox təsirli bilgilər əldə etdik. Filmdə, əsərlərdə necə təsvir olunmasına deyinmədən, yalnız bir şeyi rahat söyləyə bilərəm- Böyük istedad sahibi olub. 1943-də Azərbaycan legionunda fəaliyyətı haqqında bilgilərimiz demək olar ki, yoxdur. Sənədlərlə tanış olarkən onun Məmməd Əmin Rəsulzadə ilə münasibətlərinin olmasına şübhəm qalmadı. Hər ikisi də doğum yeri olaraq Novxanı ilə bağlı olduğundan Mehdinin nəsil-kökünü Məmməd Əmin bəy tanımış olmalı. Legiona da əsirlərin seçimində Rəsulzadənin ciddi rolu olduğu bilinməkdə. Bütün hallarda Mehdinin qısa ömür yolu ilə tanış olduqda, onun Azərbaycanın müstəqillik idealını daşıdığına nədənsə əminliklə inanmış oldum. Yetişdiyi mühit, yaxın çevrəsi bunu deməyə əsas verir.Allah rəhmət etsin!”

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə