Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kadırov “İnstagram” akkauntunu ləğv edir
Kadırov “İnstagram” akkauntunu ləğv edir
17 May 2013 / 11:02 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Çeçenistan prezidenti Ramzan Kadırov “İnstagram” sosial şəbəkəsindəki akkauntunu ləğv etmək istəyir.

arxiv.bizimxeber.az-ın məlumatına görə, səbəb burada Kadırovun paylaşımlarına gələn şərhlərdir. Çeçenistan rəhbəri bu sosial şəbəkədə paylaşdığı materiallara gələn şərhlərdən inciyib. Kadırov onları boşboğazlıqda ittiham edərək, son məlumatların arxasında heç nə durmadığını deyib.

Qeyd edək ki, Kadırovun “İnstagram”da “Spartak”ın azarkeşi Yuri Valkovun qətlinin iştirakçısı Bekhan İbrahimovla şəkli yerləşdirilib. Bu isə qalmaqala səbəb olub. Prezidentin abunəçiləri şəklin altında tənqidi şərhlər yazıblar. Kadırov isə profilində bu halı dəyərləndirərək status yazıb: “Mən artıq öz abunəçilərimi heç anlaya bilmirəm. Deyirsiniz ki, korrupsiya ilə mübarizə aparıb rüşvətxorları cəzalandırmaq lazımdır. Amma bu ölkədə real hərəkətlər görəndə məmur tərəfindən qeyri-qanuni hərəkətləri aşkar edilmiş insanları ittiham etməyə başlayırsınız”.

Çeçenistan prezidentinin sözlərinə görə, abunəçilərin şərhləri boşboğazlıqdan başqa bir şey deyil: “Ona görə də, düşünürəm ki, “İnstagram”dakı hesabımı ləğv edib öz işimlə məşğul olmalıyam”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə