Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı ilə deputatın biznes müharibəsi
İcra başçısı ilə deputatın biznes müharibəsi
17 May 2013 / 12:48 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Biznesmen deputat tədbirlər üçün pul vermək istəmədi

70 saylı Masallı Seçki Dairəsindən deputat seçilən Nəriman Əliyevin bu rayonda olan böyük biznes şəbəkəsi nəzarətə götürülüb. Belə ki, rayonun icra başçısı Rafil Hüseynov Masallıda olan iş adamlarından haqq tələb edərkən deputatla aralarında yeni problem yaranıb. Nəriman Əliyevin Masallıdakı geniş biznes şəbəkəsinin əlindən alınmaq təhlükəsi ilə üzləşməsi onun bir sıra addımlar atacağına da vadar edib.

arxiv.bizimxeber.az-a Masallıdan daxil olan məlumata görə, deputat icra başçısına açıq mesaj göndərib ki, əgər bir daha onun obyektlərini və ona yaxın iş adamlarını sıxışdırarsa, Masallıda yaşanan rüşvətxorluq, maxinasiya halları ilə bağlı Milli Məclisdə çıxış edəcək.

Qeyd edək ki, Masallının icra başçısı Rafil Hüseynov bu günlərdə Türkoba, Şatroba və Qəzvinoba kəndlərinin sakinlərilə görüş keçirdikdən sonra yerli iş adamlarından yığılacaq vəsait hesabına bu problemli kəndlərə maliyyə yatıracağını bəyan edib. Bu məsələ ilə razılaşmayan Nəriman Əliyev icra başçısına açıq savaş elan edib.

Xatırladaq ki, Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevlə yaxın münasibətlərə sahib olan və bu münasibətlərdən istifadə edərək, rayonda bir sıra iri obyektlər açan Nəriman Əliyevin geniş biznesinin bir hissəsi artıq əlindən çıxıb.

Qəzənfər Ağayevin Astara rayonuna icra başçısı təyin olunmasından sonra Masallıdakı “krişa”sını itirən N.Əliyev yeni başçı ilə uzun müddətdir ki, qarşıdurma yaşayır.

Məlumata görə, Masallının icra başçısı Rafil Hüseynov Nəriman Əliyevin rayonda sərbəst şəkildə böyük biznes qurmasını və cənub bölgəsində iri monopolistə çevrilməsini həzm etmək niyyətində deyil. Bu barədə redaksiyamıza məlumat verən mənbənin bildirdiyinə görə, başçı cənub bölgəsini bütövlükdə konserv məhsulları ilə təmin edən Nəriman Əliyevə birmənalı şəkildə göstəriş verib ki, rayonda bir sıra quruculuq və abadlıq işləri aparmalı və bunların hamısını öz vəsaiti hesabına etməlidir.

Əks təqdirdə, rayondakı biznes obyektlərini gözdən çıxarmalı olacaq. Artıq bəzi obyektlərin qanunsuz olması haqda bildiriş kağızları da aldığı bildirilir. İndi isə icra başçısı Rafil Hüseynov rayonun keçmiş rəhbəri Qəzənfər Ağayevin yaxın adamı olan Nəriman Əliyevin öhdəsinə rayonun əsas abadlıq işlərini vermək niyyətindədir.

Bu arada icra başçısının müxtəlif yollarla təzyiq etdiyi və ciddi ziyana düşən Nəriman Əliyevin dəyən zərərlərin işçiləri hesabına ödədiyi də bildirilir. Artıq deputat biznesinə daxil olan obyektlərin işçiləri maaş üzünə həsəd qalıblar. Masallıda ən çox danışılan məsələ isə budur ki, icra başçısının bu təzyiqləri qarşısında nəinki deputatın obyektləri eləcə də iş adamlarının da biznesləri çəkə bilər.

Rayondakı iş adamlarının və idarə rəislərinə yaxın olan şəxslərin bildirdiyinə görə, icra başçısı ilə Nəriman Əliyev arasında daha bir problem isə ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı rayonda keçirilən tədbirlərlə bağlı yaranıb. Belə ki, icra başçısının göstərişi ilə iş adamları və idarə rəislərindən 3-5 min manat arasında vəsait tələb olunub. Bu isə Nəriman Əliyevə yaxın olan iş adamların narazılığı ilə qarşılanıb.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə