Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziyalılar Formu Gültəkin Hacıbəylini müdafiə etdi
Ziyalılar Formu Gültəkin Hacıbəylini müdafiə etdi
17 May 2013 / 14:46 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın Ziyalılar Formunu keçmiş millət vəkili Gültəki Hacıbəyli ilə bağlı bəyanat verib.  Bu barədə modern.az saytına Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev məlumat verib. Ziyalılar Forumunun bəyanatında qeyd edilir:

“Ziyalılar Forumu təsisçilərindən olan, parlaq ziyalı xanım Gültəkin Hacıbəyliyə qarşı aparılan şər-böhtan kampaniyasına kəskin şəkildə öz etirazını bildirir. Gültəkin Hacıbəyli millətin fəxr elədiyi, hər zaman işıq saçan nadir şəxsiyyətlərdəndir. O, ziyalı insan bədənli mələkdir. Ona belə qərəzlə yanaşanları Allah təala özü cəzalandırır”.
Bəyanatda Gültəkin Hacıbəyliyə qarşı başlanan kampaniyanın jurnalist Eynulla Fətullayev tərəfindən təşkil olunduğu bildirilib.
“Eynulla Fətullayevin Gültəkin xanımla bağlı yazısını birmənalı olaraq sifarişli hesab edirik. Bu hərəkətlər heç kimə başucalığı gətirməyəcək”.

Qeyd edək ki, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı bu gün keçirdiyi mətbuat konfransında eks-deputat barəsində kəskin ittihamlar irəli sürüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə