Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vilyam Hacıyevdən prezidentə şikayət edildi
Vilyam Hacıyevdən prezidentə şikayət edildi
17 May 2013 / 14:58 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Bu gün Vətəninfo.az xəbər portalına iş adamı Nadir İzzət oğlu Feyziyev tərəfindən Azərbaycan Respublikası prezidenti  cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın və Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir  Qaralovun adına ünvanladığı ərizə təqdim edilib. Qeyd edək ki, ərizədə N.Feyziyevdən başqa əlavə 11 iş adamının imzası da var.

Ərizəni olduğu kimi oxucularımıza təqdim edirik: “Uşaqlıq dostum olan Alışov Cahangir Həsən oğlu 2012-ci ilin aprel
ayının əvvəllərində mənə bildirdi ki, İmişli rayon İcra Hakimiyyəti tərəfindən bizə rayonda abadlıq, cari və əsaslı təmir işləri
barədə iş təklif edilib. Mən də bu işə razı oldum. Bir müddətdən sonra mən Cahangir Alışovla birlikdə İmişli rayonuna
gedib İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə xidməti otağında görüşdüm.
Görüş əsnasında V.Hacıyev bildirdi ki, Azərbaycan Respublikası prezidenti tərəfindən regionların sosial-iqtisadi inkişafını
sürətləndirmək məqsədi ilə onun rəhbəri olduğu rayonda da görüləsi tikinti-təmir işləri var. İstədi ki, həmin görüləsi işlər
bizim rəhbərlik etdiyimiz işcilər tərəfindən icra edilsin. Biz də buna razılaşdıq. V.Hacıyev bizi icra hakimiyyətinin 1-ci
müavini Səfa Ağayevlə tanış etdi və bildirdi ki, qarşıya çıxan məsələlər barədə və maliyyə məsələləri ilə bağlı sonuncuya
müraciət edək. Şifahi razılaşma əsasında işə başladıq.

Səfa Ağayevin xidməti otağından kitabçaya imza etməklə görülmüş işə görə müxtəlif tarixlərdə cəmi 210000.00 manat
məbləğində avans pul almışam.

Bundan başqa, tərəfimdən İmişli rayon İcra Hakimiyyəti tərəfindən əlavə başqa pul almamışam.
Rəhbərlik etdiyim briqada tərəfindən İmişli rayon İcra Hakimiyyətinin başçısının şifahi göstərişi əsasında Ağamalı oğlu
küçəsində 5 mərtəbəli yaşayış binasının üz daşlarının vurulması, H.Əliyev parkında Raypo binasının üz daşlarının
sökülməsi və yenidən vurulması, H.Aslanov küçəsi, 2 ünvanında yerləşən iki mərtəbəli binanın fasadında üz daşlarının
vurulması, Araz mehmanxanasında üzlük daşların sökülməsi və yenidən vurulması, 20 Yanvar küçəsində 1, 2, 3, 4 və 5-ci
yaşayış binalarının üz daşlarının vurulması, 20 Yanvar küçəsində hasarın hörülməsi və üz daşlarının vurulması, H.Aslanov
küçəsində hörgü və üz daşlarının vurulması, H.Aslanov küçəsində 5 mərtəbəli binanın fasadında üz daşlarının vurulması,
20 Yanvar küçəsi 4 və 5-ci yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, 20 Yanvar küçəsi Torpaq Şöbəsinin dam
örtüklərinin dəyişdirilməsi, 20 Yanvar küçəsində olan 1-ci binada balkonların dəyişdirilməsi, 20 Yanvar küçəsi 1 və 2-ci
binada plastik pəncərələrin dəyişdirilməsi və yenidən təzəsi ilə əvəz edilməsi və digər işləri yerinə yetirməklə ümumilikdə
580178.00 manat məbləğində abadlıq, cari və əsaslı təmir işləri yerin yetirilib.

İmişli rayon İcra Hakimiyyətinin şifahi göstərişi əsasında yerinə yetirilmiş və 580178.00 manata başa gələn abadlıq, cari və
əsaslı təmir işlərinə 210000.00 manat məbləğində nəğd olaraq pul almışam. Hal-hazırki dövrə İmişli rayon İcra Hakimiyyəti
mənə 370178.00 manat borclu qalıb.

İmişli şəhərində aparılan abadlıq işləri ilə əlaqədar tərəfimdən görülən işlərin həcmi barəsində İmişli RİH başçısı Aparatı
memarlıq və tikinti şöbəsinin müdiri Emil Fərzəliyev, İmişli RİH başçısı Aparatı memarlıq və tikinti şöbəsinin böyük
məsləhətçisi Orxan Nağıyev və iş icraçısı Kərimov Şakirin iştirakı ilə sənəd tərtib edilib. Həmin sənəd adları qeyd olunan
şəxslər tərəfindən imza edilib.

Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev İmişli rayonuna 28 oktyabr 2012-ci il tarixli səfəri zamanı yuxarıda
sadalanan həmin obyektlərin təmirdən sonra açılışında iştirak edib.
Ərizədə göstərildiyi kimi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəllər iş görülən dövrdə bizi əmin
etmişdi ki, iş başa çatandan sonra xərclənən vəsaiti tam ödəyəcək. Lakin iş başa çatdıqdan sonra mən rayonda görülmüş
işə görə “Forma-2”ni ona təqdim etdim. O isə “Forma-2”də görülmüş işlərin qiymətinin baha olduğunu bəhanə gətirərək
ödənişdən imtina etdi. Bu barədə özünə və digər rəhbər şəxslərə məlumat versək də, heç bir mənası olmadı, verilən vədlər
icrasız qaldı.

Cənab Prezident, İmişli rayonunda görülmüş işlərə, xidmətlərə və alınmış tikinti materiallarına görə mənim digər şəxslərə
külli miqdarda borcum yaranıb. Borclu olduğum şəxslər məndən borclarını tələb edirlər və mənə təyziq edirlər. Mən də bu
təzyiqlərə tab gətirə bilmirəm. Həmçinin İmişli rayon İH-nin başçısı Vilyam Hacıyevin göstərişi əsasında mən və digər
həmkar yoldaşlarıma rayon İH aparatının işçiləri tərəfindən təzyiqlər edilir. Bizi həbs etməklə hədələyirlər.
Odur ki, cənab Prezident, mən Sizdən xahiş edirəm ki, bu problemin həllində bizə köməklik edəsiniz və təhlükəsizliyimizi
təmin etmək məqsədilə aidiyyatı qurumlara göstəriş verəsiniz.
İmişli rayonunda abadlıq, cari və əsaslı təmirdə işləyən mənim rəhbərlik etdiyim və onlara borclu olduğum şəxslər də
ərizəyə imza atıblar.

İmza:

Nadir İzzət oğlu Feyziyev, Şakir Məmməd oğlu Kərimov, Səxavət Ağagünəş oğlu Məmmədov, Mais Bəradər oğlu Babayev,
Mirməhəmməd Mirəli oğlu Əliyev, Fuad Zavuş oğlu Həsənov, Hünər Cəbrayıl oğlu Əliyev, Nəriman Mürvət oğlu Muradov,
Rasim Talıb oğlu Abasquliyev, Talıb Həsən oğlu Abasquliyev, Məqsəd Qurban oğlu Quliyev, Məhəmməd Məhərrəm oğlu
İsmayılov.
Vətəninfo.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə