Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Abbasov: “Baş prokurorun müraciətini dəstəkləyirik”
Əli Abbasov: “Baş prokurorun müraciətini dəstəkləyirik”
17 May 2013 / 15:17 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4
“Azərbaycan baş prokurorunun Milli Məclisə təklif etdiyi  internet resurslarında təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan müraciətini dəstəkləyirik”. arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir: “Bütün dünyada informasiya təhlükəsizliyi böyük problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycanda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İnformasiya təhlükəsizliyinin elmi və texnoloji dəstəyi sahəsindəki tədbirlər də bu çərçivəyə aiddir”.

Ə.Abbasovun sözlərinə görə, internetdə insan hüquqlarının qorunması, həmçinin insanları təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir: “İnternet elə inkişaf edib ki, artıq bu sadə infrastruktur deyil, demək olar ki, ölkənin bütün iqtisadi ictimai mədəni fəaliyyətimizin virtual məkanıdır. Bu sahədə insan hüquqlarının qorunması, həmçinin insanların təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir. Son vaxtlar müxtəlif internet resurslarında insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb. Bu da insanlar arasında fəsadlara və münasibətlərin pozulmasına gətirib çıxarır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə