Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AŞPA-da Qarabağ dinləmələri olacaq
AŞPA-da Qarabağ dinləmələri olacaq
17 May 2013 / 15:28 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Mayın 24-də Tallində AŞPA Monitorinq Komitəsinin iclası olacaq. İclasda dondurulmuş münaqişələrlə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur.

APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Monitorinq Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə etmək niyyətindədir. Dinləmələrdə bu məsələlər üzrə ekspertlərin iştirakı da gözlənilir. İştirakçılar həmçinin Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrini müzakirə edəcəklər.

Mayın 23-də isə Monitorinq Komitəsində 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə müzakirə olunacaq, Gürcüstan, Ukrayna, Albaniya, Moldova və Monteneqroda monitorinq proseduralarının yenilənməsi həyata keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə