Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanla əməkdaşlıq edənlər cəzalandırılacaq
Ermənistanla əməkdaşlıq edənlər cəzalandırılacaq
17 May 2013 / 17:07 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Torpaqlar işğaldan azad edilənə qədər təcavüzkar dövlətin istənilən sahəyə məxsus təşkilatı və qurumu, həmçinin onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin 7-ci maddəsində təsbit olunub.

Maddədə bildirilir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla, təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyacaqlar.

Maddənin ikinci hissəsində eyni epizod üzrə xarici ölkə vətəndaşları ilə bağlı qadağalar da müəyyənləşdirilib: “İşğalçı dövlətlə bu qanunun 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq edən, yaxud birbaşa və dolayısı ilə bu fəaliyyətin həyata keçirilməsində, eləcə də bu fəaliyyətin həyata keçirilməsi ilə bağlı qərarların qəbulunda iştirak edən bütün xarici ölkələrin dövlət və qeyri dövlət subyektləri, onların təmsilçilərinin, həmçinin xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində fəaliyyət göstərməsi qadağan olunur. Hər iki hissədə təsbit olunan sanksiyalar bütün hüquqi və mülki şəxslərə şamil olunur.

Qanun layihəsinin yaxın vaxtlarda Azərbaycan parlamentində müzakirəyə çıxarılması gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə