Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Helikopterlər Qubaya uçdu – giriş-çıxış bağlandı
Helikopterlər Qubaya uçdu – giriş-çıxış bağlandı
18 May 2013 / 12:34 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Ölən hərbçilər Bakıya gətirilir

Məlum olduğu kimi, Quba rayonunda Daxili Qoşunlarının əsgərləri işə gedən zaman qəzaya düşüb. Hadisəyə səbəb kimi havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində nasazlıq olduğu göstərilir.

Qubadakı mənbənin sözlərinə görə isə əsgərləri daşıyan RAF markalı avtomobil qarşıdan gələn maşınla labüd toqquşmadan yayınmaq üçün yoldan çıxıb və ağaca çırpılıb. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub. Artıq qəza nəticəsində dünyasını dəyişənlərin sayı 5-ə çatıb.

Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan hərbçilər Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. AzNews-az-ın məlumatına görə, Bakıdan Qubaya göndərilən helikopterlə yaralılar paytaxta yola salınıb. Hazırda rayonda ikinci vertolyotu gözləyirlər. Onunla isə hadisə zamanı ölən əsgərlər Bakıya gətiriləcək.

Məlumata görə, hazırda Quba rayonunda bütün yollar bağlanıb və gərginlik davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə