Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Qəhrəman Eldar Ağayevi tanıyın – FOTOLAR
Milli Qəhrəman Eldar Ağayevi tanıyın – FOTOLAR
18 May 2013 / 13:47 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Eldar Ağayev mayın 15-də infarktdan vəfat edib. Tərtərin müdafiəsi üzrə xüsusi təyinatlı batalyonu 1994-cü ilin yazında əldə etdiyi qələbələrdən sonra E.Ağayevin adı daha çox tanınmağa başlayıb.

E.Ağayevin yaratdığı bölmələr təkcə Yevlağa qədər gəlməyi planlaşdıran ermənilərin hücumlarını dəf etməyib, həm də onlara sarsıdıcı zərbə vurub.

Düşmənin bir neçə bölməsi Tərtərdə darmadağın edildikdən sonra ermənilər açıq şəkildə bildirirdilər ki, azərbaycanlılar belə döyüşə bilməzlər, onlarla Rusiyadan olan muzdlu döyüşçülər vuruşur.

E.Ağayev 1955-ci ildə Tbilisidə hərbçi ailəsində anadan olub. Sonra ailə Bakıya köçüb. 20 və 132 saylı məktəblərdə təhsil alan E.Ağayev 1972-ci ildə Bakı Ali Ümumqoşun Məktəbinə daxil olub. Sovet ordusunda kəşfiyyat batalyonu komandiri kimi xidmət edib, Əfqanıstanda döyüşüb.

Qarabağ münaqişəsi başlayanda Eldar Almaniyada motoatıcı bölmənin komandiri olub. O, Azərbaycana qayıdaraq öz ölkəsinin müdafiəsində iştirak etmək istədiyini bildirəndə komandanlıq ona polkovnik vəzifəsini təklif edib. Lakin zabit razılaşmayıb. 1992-ci ildə Azərbaycan ordusunda ilk xüsusi təyinatlı batalyon yaradıb. Adamları şəxsən seçərək öyrədirdi.
Bu batalyon və onun ayrı-ayrı kəşfiyyatçıları cəbhə boyu onlarla döyüş və əməliyyatlarda iştirak edib. Onlardan 18-i Milli Qəhrəman adına layiq görülüb (bəzisi ölümündən sonra).1995-ci ilin martında bu bölmə XTPD-nin tərksilah edilməsinə cəlb olunub. O zaman o, Milli Qəhrəman adını alıb.

Sonralar Eldar Ağayev Politexnik İnstitutunda hərbi hazırlıq kafedrasının rəhbəri olub, Hərbi Akademiyada dərs deyib, sonra ehtiyata buraxılıb. Bir il əvvəl E.Ağayev daxili qoşunlar üzrə inspektor kimi xidmət göstərməyə başlayıb.

Xatırladaq ki, dünən milli qəhrəmanın dəfnində iştirak edən Müdafiə naziri Səfər Əbiyev Eldar Ağayevin oğluna bayraq hədiyyə edib.

Allah Rəhmət Eləsin!

arxiv.bizimxeber.az

sefer milli qehremnin oglu



Milli Qəhrəman Eldar Ağayevi tanıyın – FOTOLAR yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə