Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Vilyam Hacıyev məndən 100 min manat borc alıb”
“Vilyam Hacıyev məndən 100 min manat borc alıb”
18 May 2013 / 15:46 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4
Samux rayon “Samir İstehsal” MMC-nin direktoru, iş adamı Nəzərov Nəsirulla Cəfər oğlu ölkə prezidentinə ünvanladığı məktubu Vətəninfo.az-ın elektron poçtasına göndərib. Məktubunda o, İmişli rayonunun icra başçısı, əvvəllər Samux rayonunun icra başçısı vəzifəsində çalışmış Vilyam Hacıyevin 2006-2007-ci ildə Samux rayonunda görülmüş abadlıq işlərindən 491 000 (dörd yüz doxsan bir min) manat ona borcu qaldığını və bu günə kimi həmin borcun ödənmədiyini, qeyd olunan borcun qaytarılmasında ölkə başçısından kömək istədiyini artıq oxucularımıza çatdırmışdıq. İş adamının mobil telefonuna zəng edərək olub-bitənləri bir də onun dilindən öyrənmək istədik.
Qeyd edək ki, Nəzərov Nəsirulla Cəfər oğlu ölkə prezidenti İlham Əliyevə Vətəninfo.az vasitəsilə ünvanladığı məktubunda vurğulayırdı ki, Samux rayonunun keçmiş icra başçısı, hal-hazırda İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin Samux rayon “Samir İstehsal” MMC-nin 200 nəfərlik kollektivinin direktoru Nəzərov Nəsirulla Cəfər oğluna 2006-2007-ci ildə Samux rayonunda görülmüş abadlıq işlərindən 491 000 (dörd yüz doxsan bir min) manat borcu qalıb. Bu borcu Vilyam Hacıyev ölkə prezidentinin 2008-ci ildə Samux rayonuna səfəri zamanı prezidentin adından istifadə edərək ondan borc kimi alıb. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq, bu müraciətlərə hec bir məhəl qoymayıb.
Ölkə prezidentinin iş adamlarına qarşı məmurların bu şəkildə davranması ilə bağlı bəzi icra başçılarına barmaq silkələməsinə baxmayaraq, hələ də çox təəssüflər olsun ki, yerli icra başçıları tərəfindən abadlıq və quruculuq işlərinə cəlb edilən iş adamları Nəsirulla Nəzərovun aqibətini yaşamaqdadı.
Biz də Nəsirulla Nəzərovun yaşadıqlarını onun dilindən öyrəndik.

– Nəsirulla müəllim, necə oldu ki, Samux rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin sizə 491 min manat borcu yarandı?

– Biz Samux rayonunda abadlıq işlərinə 391 min manat dəyərində vəsait xərcləmişik və bu pul indiyədək ödənməyib. 100 min manatı da V.Hacıyev prezidentin gəlişi ilə bağlı məndən borc aldı 2008-ci ildə. Bu pulu alanda dedi ki, rayonda müəyyən işlər var ki, onlar da görülməlidi. Prezident gəlsin-qayıtsın, qaytaracam. Prezident gəldi-qayıtdı, bir həftədən sonra getdim pulu istəməyə, dedi sən mənə şər atırsan. Səni basdıracam dama. Bu adam belə bir adamdı.

– Siz bu qədər vəsaiti Samuxda 2006-2007-ci illərdə aparılan abadlıq işlərinə sərf etmisiniz, yəni 391 min manatı?

– Bəli, 2006-2007-ci ildə Samux rayonunda aparılan abadlıq işlərini biz görmüşük. 2008-ci ildə də söz verdi ki, pulunuzu verəcəm, sonradan məlum oldu ki, yalan danışır.

– Vilyam Hacıyevin bu hərəkətləri ilə bağlı ölkə prezidentinə müraciətiniz olubmu?

– Bəlkə min dəfələrlə müraciətim olub. Yazılı sürətdə prezidentin saytına məktub yazmışıq, kollektivimizin adından teleqramlar vurmuşuq, bütün qurumlara, dövlət məmurlarının hamısına dəfələrlə müraciət etmişik.

– Nəsirulla müəllim, rayonun abadlığı üçün xərcləndiyini qeyd etdiyiniz 391 min manat vəsaitin geri qaytarılması ilə bağlı Vilyam Hacıyevlə necə razlaşmışdınız?

– O bu vəsaiti köçürmə yolu ilə eləməli idi.

– Bəs siz necə oldu ki, Vilyam Hacıyevlə iş görməli oldunuz?

– Mən Rusiya Federasiyasında yaşayırdım. 2004-cü ildə gəlmişəm burda işə başlamışam. Məndən iki il sonra, 2006-cı ildə də, Vilyam Hacıyev Samux rayonuna icra başçısı təyin olundu. Qeyd etdiyim dövrdə Samux rayonunda abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tenter elan olundu və həmin tenderi də biz udduq və işə başladıq.

– Hər halda işlərin bir qisminin görülməsindən sonra sizin hesabınıza, yəni rəhbəri olduğunuz firmanın hesabına müəyyən qədər vəsait ödənilməli idi.

– Düzdü, onlar işlərin görülməsi zamanı müəyyən qədər vəsait ödədilər. Bir məsələyə aydınlıq gətirim ki, bizim Samuz rayonunda ümumilikdə gördüyümüz işin həcmi 1 milyon 241 min manat həcmində olub. Bu vəsaitdən yalnız və yalnız 300 yüz min manatı bizim hesabımıza köçürülüb.

– Nəsirulla müəllim, deyirsiniz ki, Vilyam Hacıyevin (100 min manat borcu kənara qoysaq) sizə görülən işlərə görə 391 min manat borcu var. Görülən işlərin ümumi həcmi də 1 milyon 241 min manat təşkil edir. Yəni, 300 yüz min hesabınıza keçibsə və qalan borc da 391 min manat təşkil edirsə, o zaman bu 691 min manat təşkil edir. Bəs qalan pul necə oldu?

– O pul da Vilyam Hacıyevin cibində.

– Yəni, deyirsiniz ki, o pulları Vilyam Hacıyev mənimsəyib?

– Ona 4 yüz mindən yuxarı pul vermişəm. Bizə verilən pulun 30 faizini geri tutub alırdı.

– Məsələ ilə bağlı hüquqi müstəvidə haqlarınızı aradınızmı?

– Bakı İqtisad Məhkəməsi birbaşa bizim xeyrimizə qətnamə çıxardı, hətta Vilyamın bank hesablarına belə həbs qoyuldu. Amma Ali Məhkəmə haqqı-ədaləti göz ardı edərək, həmin qətnaməni ləğv etdi.

Redaksiyadan: Müsahibədə səslənən bütün fikirlər Nəsirulla Nəzərova məxsusdu və biz onun fikirlərini olduğu kimi içtimaiyyətə çatdırmağa borcluyuq. Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə