Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BAEA İranla razıdır
BAEA İranla razıdır
19 May 2013 / 10:51 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramı ilə bağlı problemi nizamlamağa hazırdır. Trend IRNA
agentliyinə istinadən məlumat verir ki, bu barədə Agentliyin baş direktoru Yukiya Amano bildirib.

Amano qeyd edib ki, bu problemi diplomatik yolla nizamlamaq olar və BAEA buna hazırdır: “Bu uzun tarixi olan mürəkkəb
məsələdir. İran daxil olmaqla, bütün ölkələrin dinc məqsədlə nüvə enerjisini inkişaf etdirmək haqqı var”.

Baş direktor deyib ki, İran öz nüvə siyasəti barədə dəqiq məlumat verməli və BAEA İranın nüvə materiallarından dinc
məqsədlə istifadə etdiyinə əmin olmaq üçün vəziyyətə baxmalıdır: “Agentlik İranla danışıqları davam etdirir və nüvə
proqramı ilə bağlı problemin nizamlanacağına ümid edir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə