Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amerikalı rəssamın Bakıda sərgisi olacaq
Amerikalı rəssamın Bakıda sərgisi olacaq
20 May 2013 / 10:39 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Andy Warhol (Endi Vorholun ) sərgisinin açılış mərasimi keçiriləcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, sərgi Heydər Əliyev Mərkəzinin ABŞ-ın Andy Warhol Museum (Endi Vorhol Muzeyi) ilə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunur.

Sentyabrın 9-dək davam edəcək “Life, death and beautiful” (“Həyat, ölüm və gözəllik”) beynəlxalq sərgisində müəllifin fotoları, kino, musiqi, moda sahələrinın dünya şöhrətli ulduzlarının portretləri və digər əsərləri nümayiş etdiriləcək.

Heydər Əliyev Mərkəzinin mədəniyyət sahəsinə dəstək göstərilməsi və inkişaf etdirilməsi, eləcə də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, bu layihələr vasitəsilə ölkələr, xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində keçiriləcək sərgidə rəssamın ümumilikdə 100-dək əsəri təqdim olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə