Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan çempionu kanalda boğuldu
Azərbaycan çempionu kanalda boğuldu
20 May 2013 / 11:03 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Şəmkir rayonunda bədbəxt hadisə baş verib

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Hadisə dünən günorta saat 14 radələrində rayonun Kür qəsəbəsində, Yeniabad kəndi ərazində qeydə alınıb. Qəsəbə sakini 13 yaşlı Elman Həsənov kəndin yaxınlığından keçən su kanalına düşərək batıb.

Dərhal hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli dəstəsinin əməkdaşları və Mingəçevir şəhərindən “Aran-Dalğıc” Sularda Xilasetmə dəstəsi cəlb edilib. Təxminən 5 saat davam edən axtarışdan sonra Elman Həsənovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda tapılıb və valideynlərinə təhvil verilib. Hadisə şahidlərinin sözlərinə görə, mərhum göldə ayaqlarını yuyurmuş ayağının sürüşməsi nəticəsində kanala yıxılıb.

Məlumata görə, kanalda boğulan Elman Həsənov sərbəst güləş üzrə bir neçə dəfə Azərbaycan çempionu olub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə