Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Güclü yağış Göyçay və Qubanı iflic etdi
Güclü yağış Göyçay və Qubanı iflic etdi
20 May 2013 / 11:25 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4
Göyçay rayonuna yağan güclü leysan yağışı səbəbindən yaranan sel suları evlərə, əkin sahələrinə ziyan vurub.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, ötən gecə rayon ərazisinə güclü leysan yağışı yağıb, dağlardan gələn sel suları şəhərin qərb hissəsinə, Ərəbcəbirli, Kürd və Şəhadət kəndlərinə ziyan vurub. Güclü sel səbəbindən 150-yə yaxın evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə, kafe və çayxanalara, sosial obyektlərin ərazisinə su dolub, küçələri lil qatı örtüb. Sel suları həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub, 100 hektardan çox əkin sahəsinə və taxıl sahəsinə ciddi ziyan vurub. Hazırda sel basan ərazilərə ağır texnikalar və su çəkən nasoslar cəlb edilib, əhaliyə dəyən ziyanın fəsadları aradan qaldırılır. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçirirlər. Vətəndaşlara dəyən ziyan araşdırılır.

Ötən gün güclü küləklə müşayiət olunan leysan yağışları Bığır, Sahsoltanlı və Yekəxana kəndlərində taxıl sahələrinə də ziyan vurub. Külək səbəbindən Bığır kəndində 5 ədəd elektrik dirəyi, iki ağac aşıb, naqillər qırılıb, Bığır kəndi ərazisində yerləşən 8 saylı elektrik şəbəkə paylayıcısından enerji alan 16 kənd elektrik enerjisiz qalıb. Artıq bəzi kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ötən gün yağan güclü yağış Qubada da bir sıra fəsadlar törədib.

Çiçi kəndində bir neçə kəndarası körpünü sel aparıb. Kənd sakinlərinə məxsus bir neçə yarımtikilini su basıb, kənd sakini Asim Muradova məxsus tövləni sel dağıdıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Ağçayda suyun artması nəticəsində Tülər kənd sakinlərinin evlərinə qayıtmasında müvəqqəti çətinlik yaranıb. Y. Abidovun sözlərinə görə, dəyən ziyanın müəyyənləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Bu da həmin ərazilərdə xüsusi təhlükəli vəziyyət yaradıb. İdarədən verilən məlumata görə, yağıntılı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə