Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İş adamı tərəfindən döyülən qız yoxa çıxdı
İş adamı tərəfindən döyülən qız yoxa çıxdı
20 May 2013 / 11:59 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Ata: “Başı o qədər divara vurulmuşdu ki, beynindən qan gəlirdi”

Bakının Xətai rayonu ərazisində Əfqanıstan vətəndaşı tərəfindən qaçırılaraq işgəncə verilən gənc qadın yoxa çıxıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Şıxlinski küçəsi ev 23, mənzil 28-də yaşayan 23 yaşlı Ülviyyə Mikayıllı mayın 15-də evdən çıxıb və geri qayıtmayıb.

Ülviyyənin atası Ağaəli Mikayıllı bildirib ki, qız mayın 15-də gecə saat 03 radələrində evdən gedib. Onun sözlərinə görə, qızı martın 16-da işlədiyi tikiş sexinin əfqan müdiri Həmir Rezayi tərəfindən qaçırılıb. Həmin vaxt Ülviyyəni evlənmək məqsədi ilə aldığı bildirilsə də, bunun əksi olub. Təxminən 40 gün sonra Ülviyyəni döyülmüş və əzilmiş halda qardaşı oğlu Şamil evə qaytarıb. Həmin vaxt Ülviyyənin əfqanla yaşadığı evin divarları qan içərisindəymiş. Ülviyyənin başı o qədər divara vurulmuşdu ki, beynindən qan gəlirdi.

A.Mikayıllı qeyd etdi ki, həmin vaxt qızına işgəncə verilməsi ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət olundu: “Hazırda iş məhkəmə ərəfəsindədir. Şübhələnirəm ki, həmin əfqan məhkəmədən yayınmaq üçün Ülviyyəni aparıb. Bəlkə, aparıb qızımı öldürüb ki, iz itsin. Mənə də heç bir məlumat verilmir”.

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən bildirilib ki, məsələ ilə bağlı açıqlama verilmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə