Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xarici təzyiqlərin artması seçkilərə görədir”
“Xarici təzyiqlərin artması seçkilərə görədir”
20 May 2013 / 14:07 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Elxan Şahinoğlu: “Tehrandan  seçkiqabağı və seçkidən sonra “sürpizlər” gözləyə bilərik”

Prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanın daxili siyasətində aktivlik hiss edilməsi əvəzinə xarici siyasətlə bağlı problemlər yaranmağa başlayır. Bu problem daha çox Rusiya, ABŞ və İranla bağlı olsa da təzyiqlərin digər Avropa ölkələrindən də artdığını demək olar. arxiv.bizimxeber.az-a danışan politoloq Elxan Şahinoğlu son zamanlar xarici siyasətlə bağlı yaşanan gərginliyin təhlükəli amil olduğunu söylədi:

“Builki prezident seçkilərində həqiqətən də daxili amildən çox xarici amillərdən danışılır. Əslində bu pis haldır. Yəni, seçkidirsə, mübarizə daxildən getməlidir. Siyasi cərəyanların fikir mübadiləsi aparılmalı, siyasi təmaslar olmalı rəqabət hiss olunmalı və s. Ancaq çox təəssüf olsun ki, bunları müşahidə etmirik. Siyasi görüşlər dağıdılır və müəyyən fəaliyyətlər məhdudlaşdırılır. İndi daha çox xarici təzyiqlər və təsirlər haqqında danışmaq məcburiyyətində qalmışıq. Qonşu dövlətlərin Azərbaycanla gərginləşən münasibətlər, demokratiya və insan haqları tələb edən ABŞ, Avropa Birliyi… Bu da anormal haldır. Çünki Azərbaycan üçün bunlar müəyyən təhlükələr vəd edir. Seçki öncəsi xaricdən hakimiyyətdən nə isə qoparmaq istəyləri var. Seçki başa çatandan sonra həmin istəklərin yerinə yetirilməsi məqsədi ilə təzyiqlər ola bilər. Bunlar çox arzuolunmaz hallar olmaqla yanaşı gələcəkdə ölkəmiz üçün böyük problemlər də yarada bilər. Azərbaycan hakimiyyəti də bunu anlamalıdır və zənnimcə artıq bu barədə düşünməyə başlayıblar.”

Politoloq deyir ki, son səfərləri götürsək hakimiyyət təmsilçilərimiz əsasən üç ölkəyə səfərlər edirlər ki, bunlar da İran ABŞ Rusiyadır. Məhz elə bu üç ölkədən də daha çox təzyiqlər hiss edirik: “Amma deyə bilmərəm ki, bu səfərlərin hamısı müsbət sonluqla nəticələnir. İranı götürəndə görürük ki, bura yüksək səviyyədə səfərlər olsa da münasibətlər gərginlikdən qurtulmadı. Əksinə, vətəndaşlarımız bu ölkədə həbs olunmağa başladılar və notalar da göydə uçmağa başladı. Düzdür indi Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin İrana səfərindən sonra xəbərlər gəldi ki, həbsdə olan iki vətəndaşımız azad edilir. Amma bu o demək deyil ki, münasibətlər avtomatik normallaşır. Tehrandan yenə də seçkiqabağı və seçkidən sonra “sürpizlər” gözləyə bilərik. O cümlədən ABŞ-dan olan münasibətləri götürsək görərik ki, burada da ürəkaçan meyllər yoxdur. Hakimiyyət təhlükəsizlik və enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq etsə də məsələ bununla bitmir. ABŞ-ın dövlətlərlə əməkdaşlığının üçüncü istiqaməti də var bu da islahatların dərinləşməsi, insan haqları demokratiya məsələləridir. Bu istiqamətdə islahatlar həyata keçirilmədikdə də Bakıda səfərdə olan keçmiş dövlət katibi Hillari Klintonun sözləri ilə desək həmin dövlətin ABŞ-la sıx dostluğu mümkün deyil. Ona görə də, Amerikanın təzyiqlərindən də danışılmağa başlanıb. Oradan da islahatların dərinləşməsi tələbi artıb. Əslində bu kiminsə təzyiqi ilə olmamalıdır. Bu bizim istəyimizlə həyata keçirilməli, siyasi və iqtisadi islahatlar dərinləşməklə ölkə irəli getməlidir. Müxalifəti parlamentə buraxmamaqla, müxalif liderlərin əlindən pasportlarını əlindən alıb ofislərdən çıxarmaq, rayonlarda toplantılara imkan verməməklə sistemdənkənar vəziyyətə sürüklənən müxalifət köşəyə sıxışdırılır. Belə duruma düşən müxalif qüvvələr də bəzən də xarici qüvvələrlə əməkdaşlığa hazır olur. Bunun da obyektiv tərəfləri olur. Sıxışdırılıb, fəaliyyət göstərə bilmir və istənilən təklifdən ikiəlli yapışır. Belə halların qarşısını almaq üçün bütün qüvvələrin siyasi həyatda iştirakını təmin etmək lazımdır ki, Azərbaycana olan xarici təhdidlər də təsirsiz olsun. Ona görə də, seçkidə daxildə nisbi sakitliyi görməyimiz təbidi. Amma seçkiqabağı daxildə vəziyyətin necə dəyişəcəyini yaxın üş-dörd ayda hiss edəcəyik”

Tural

arxiv.bizimxeber.az



“Xarici təzyiqlərin artması seçkilərə görədir” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə