Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinin yerində başqası oturub
Putinin yerində başqası oturub
20 May 2013 / 14:29 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Rusiya prezidentinin iş otağında, onun kürsüsündə oturmuş başqa bir adamı təsəvvür edirsizmi? Musavat.com Rusiya mətbuatına istinadən sensasion sayıla biləcək həmin fotonu oxuculara təqdim edir. Rusiya mətbuatı əldə etdikləri bu fotonun əvvəl həqiqət olduğuna şübhə ilə yanaşıblar. Çünki Rusiya prezidentin iş otağına prezidentdən başqa kiminsə girməsi qəti qadağandır. “Əgər prezidentin yaxın ətrafından kimsə buna cəhd etsə, qapının qarşısında keşik çəkən 10 nəfər mühafizə xidmətinin əməkdaşından yayınmalıdır” deyə, xəbərdə bildirilir. Bəs necə olub ki, prezidentin iş otağına bir deyil, iki nəfər keçə bilib. “Axı fotonu çəkdirən adam özünün şəklini çəkə bilıməzdi?” deyə haqlı jurnalist araşdırmaçılar sual edir. Bəs, bu sirli adam kimdir?

Araşdırma zamanı məlum olub ki, prezidentin kabinetində fotosu yayılan şəxs Federal Mühafizə Xidmətinin əməkdaşı olmuş Aleksey Ustumçikdir. Foto isə güman ki, Rusiya prezidenti Dmitri Medvedyev olan dövrdə çəkilib. Çünki Ustumçik 2011-ci ildə bir neçə nəfərlə əlbir olaraq məşhur proqramçı və biznesmen Yevgeni Kasperskinin oğlunu oğurlamaqda ittiham olunaraq həbs edilib. Qeyd edək ki, FMX əməkdaşı onun izinə düşüldüyünü anlayandan sonra istintaqla əməkdaşlıq etmiş və proqramçının oğlunun azadlığa buraxılmasında, bandanın digər üzvlərinin isə həbs edilməsinə yaxından köməklik etmişdi. Bu səbəbdən də o, bandanın digər üzvlərindən tez mühakimə edilərək 4,5 ay həbslə canını qurtarıb. Hazırda isə bandanın digər üzvlərinin mühakiməsi də yekunlaşmaq üzrədir. Onu bu cinayətə sürükləyən səbəb də yaxşı yaşamağa həvəsi olub. Belə ki, bir avtoservisi almaq istəyən Ustumçikin pula ehtiyacı yarandığı üçün məşhur biznesmenin oğlunu oğurlamaq planı qurub.

Məlumatlara görə, Ustumçik özünün sosial statusu haqqında həmişə yüksək rəy yaratmağa çalışıb. O, bahalı maşınların, elitanın toplaşdığı klublarda şəkil çəkdirməyin həvəskarı olub. Prezidentin kabinetində çəkdirdiyi bu fotonu da o, tanışlıq saytlarının birində yerləşdirib. Sadəlövh kapitan bu fotonu yaymaqla özünün prezidentə yaxın adam olduğunu və hətta onun iş otağında foto çəkdirə bildiyi barədə rəy yaratmaq istəyib. Rusiya mətbuatı prezidentin təhlükəsizlik xidmətini bu dərəcədə ciddi səhvə yol verdiyinə, ölkənin birinci şəxsinə yaxın olan bir adamın bu qədər məsuliyyətsiz davranışına görə qınayıb da.

FMX fotonun necə çəkilməsi ilə bağlı araşdırmaya başlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə