Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan əsgərləri nazirin helikopterini atəşə tutdu
Azərbaycan əsgərləri nazirin helikopterini atəşə tutdu
20 May 2013 / 14:31 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Dünən saat 11 radələrində Ermənistanın müdafiə naziri Seyran Ohanyan helikopterlə Noyemberyan rayonundakı hərbi hissəyə gedib.

Musavat.com-un məlumatına görə, Tavuş vilayətinin sakinlərini Aravot.am-a bildiriblər ki, sərhəddə Azərbaycan Silahlı Qüvvələri erməni naziri aparan və aşağı hündürlükdə uçan helikopteri atəşə tutublar.

Seyran Ohanyan mayın 15-də Noyemberyanda əsgərin ölümü ilə nəticələnən insidenti araşdırmaq üçün hərbi hissəyə gedibmiş və təxminən iki saat sonra helikopterlə İrəvana qayıdıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Rvannisyan Azərbaycan tərəfin Seyran Ohanyanın helikopterini atəşə tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib: “Helikopterdə güllə izləri yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə