Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Hər yerindən duran Milli Şurada ola bilməz”
“Hər yerindən duran Milli Şurada ola bilməz”
20 May 2013 / 15:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Tarixçi alim, türkoloq-yazar, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin Strateji Məsələlər üzrə müavini və KXCP İdarə Heyətinin üzvü Aydın Mədətoğlu Milli Şura haqqındaki fikirlərə münasibət bildirib.

arxiv.bizimxeber.az-a açıqlama verən Aydın Mədətoğlu sözügedən şurada hər kəsin təmsil olunmasını məqbul saymayıb :

KXCP-ni Azərbaycan Xalq Cumhuriyyətinin varisi hesab edən, hər bir kəsin bu ada uyğun hərəkət etməsinin vacibliyini vurğulayan türkoloq-yazar, xalqdan mandat almayan bir şəxsin Milli Şurada iştirakının qeyri-mümkün olduğunu söyləyib.

Bunun üçün müvafiq hüquqi zəmin olduğuna diqqət çəkən KXCP rəsmisi, “Bunun adı Milli Şuradır. Yəni, Millətin Şurası. Hər yerindən duran, xalqdan heç bir mandatı olmayan kəs burada təmsil oluna bilməz. Bu kimlərinsə istəyinə görə olmur. Xalqdan səs almayan adamın millət adından danışmağa haqqı yoxdur. Bu dünyada qəbul olunmuş prinsibdir. Burada haqqı olub təmsil olunmaq istəməyənlər də ola bilər. Amma bu o demək deyil ki, ölkənin bütün ziyalıları və ya milli mücadilə yolunda olan hər kəs Milli Şurada yer alacaq. Xeyr! Məlum 125 nəfərlik Şurada hər bir seçim şəffaf və ədalətlə aparılmalıdır. Burada qaranlıq heç nə ola bilməz. Nə üçün bəzi müxalifətdən olan siyasətçilər əsl Milli Şuranın əleyhinə olmalıdır?! Axı onların özləri də bu siyahıda yer alırlar” deyə ifadə edib.

A.Mədətoрlu, Milli Şuranın tarixi keçmişinə nəzər salaraq Stollupin irticasından, Dumanın fəaliyyətindən, əsrin əvvəllərində Azərbaycanın milli mübarizlərinin apardığı siyasətdən bəhs edib, Milli Şuranın formalaşdırılması haqqında cəmiyyətə düzgün informasiyanın çatdırılmasının, bunun mahiyyətinin düzgün şəkildə ortaya qoyulmasının əhəmiyyətini qeyd edib.

Partiyanın bununla bağlı kəskin mövqeyinin olduğunu və bu istiqamətdə müvafiq işlər görüldüyünü söyləyən siyasi xadim, “Milli Şura”nı müxalifət düşərgəsini parçalayanlar, Azərbaycana əxlaqsız ədəbiyyat gətirənlər, sifarişlər əsasında vətəndaşlar arasında çaşqınlıq yaradanlar yox, həqiqətən də milli düşərgədən olan, xalqdan səs almış milli mənafeyə xidmət edən şəxslər yarada bilər. Bunun üçün kifayət qədər tarixi əsas da var.” deyə fikirlərini tamamlayıb.

Tural

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə