Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mirzəyev qardaşları axtarışa verilib
Mirzəyev qardaşları axtarışa verilib
20 May 2013 / 16:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan Daxili İşlər Nazirliyi ölkəmizdə silsilə cinayətlər törətməyə cəhd göstərən 2 nəfəri İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, axtarışa verilmiş şəxslər 1980-ci il təvəllüdlü Asif Mirzəyev və onun qardaşı, 1982-ci ildə anadan olmuş Eldar Mirzəyevdir. Hər iki şəxs Bakı şəhərində anadan olub.

Onlar Azərbaycan dili ilə yanaşı rus dilini də bilirlər. Hər iki şəxslə bağlı ətraflı məlumatlar İnterpolun rəsmi saytında yerləşdirilib. Mirzəyev qardaşları Azərbaycan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirli bilinirlər.

29.120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd 29.120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd 29.120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd 29.120.2.7. iki və ya daha çox şəxsi öldürməyə cəhd 228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə 318.2 Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə