Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda korrupsiya ilə bağlı müzakirələr gedir
Bakıda korrupsiya ilə bağlı müzakirələr gedir
21 May 2013 / 12:48 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Məclisində çərşənbə axşamı Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyası öz işinə başlayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, sessiyada Milli Məclisin üzvləri ilə yanaşı GOPAC Direktorlar Şurasının sədri Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasda Edqardo Anqara GOPAC-ın tarixi barədə danışıb. O qeyd edib ki, dünya çox sürətlə dəyişir, gənclərin gözləntiləri artır və onları yerinə yetirmək çətinləşir:

“Gənclərin təşəbbüsləri nəzarətin güclü olduğu siyasi sistemlərdə də artıq önəmli yer alır. Bəzi hallarda idarəetmə gənclərin istəklərinə cavab vermir və bu da “Ərəb baharı”nın yaranmasına səbəb oldu. GOPAC idarəetmənin daha da yaxşılaşmasına yönəlib”.

Anqara qeyd edib ki, GOPAC-ın əsas şöbəsi Ottava şəhərində (Kanada) yerləşir, lakin onun nümayəndlikləri Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Amerikada mövcuddur:

“Biz istərdik ki, daha yaxşı idarəetməni təmin edərək insanlar yoxsulluqdan qorusunlar. Biz müxtəlif ölkələrdə olan problemlərə milli həll yolları tapmalıyıq”.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov iclasda bildirib ki, Azərbaycan son illərdə korrupsiyaya qarşı mübarizədə çox ciddi islahatlar həyata keçirir və bu islahatlar zaman keçdikcə daha da dərinləşir. Valeh Ələsgərov korrupsiya probleminin həllində parlamentin rolundan danışaraq qanunvericilik sahəsində beynəlxalq konvensiyaların qəbul edilməsində gördüyü iş barədə danışıb. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində mərkəzi və yerli orqanlar formalaşıb.

Milli Məclisin vitse-spikeri 2015-ci ildə GOPAC-ın 6-cı konfransının Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə