Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmtahanlarda fənlərin sayı artırıla bilər
İmtahanlarda fənlərin sayı artırıla bilər
21 May 2013 / 14:36 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

TQDK sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında fənlərin sayının artırılması və ya azaldılması məsələsinə aydınlıq gətirib. Məlumata görə, TQDK sədri bildirib ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək: “Attestat qiymətlərinin reallığı əks etdirməsinə nail olduqdan sonra buraxılış imtahanlarında fənlərin sayını artırmaq olar. Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun hansı fəndən olacağı və necə formada aparılacağını deyə bilmərəm”.

TQDK sədri qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Onun sözlərinə görə, buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, həmin o fənlərin sayı qəbul imtahanında azaldıla bilər: “Düşünür ki, məsələn şagird buraxılış imtahanında Ana dili və ya Riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsinlər. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq, bu, mənim sadəcə elmi mülahizələrimdir. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın”.

M. Abbaszadə onu da bildirib ki, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə