Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məleykə Abbaszadə keçid ballarından danışdı
Məleykə Abbaszadə keçid ballarından danışdı
21 May 2013 / 14:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu il də aşağı balla universitetlərə qəbul mümkün olacaq”. Lent. az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadənin sözlərinə görə, aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək özəl ali məktəblərə qəbul mümkün olacaq: “Dövlət sifarişli yerlərdə (DSY) bu il keçid balları aşağı olmayacaq. DSY-lərdə ödənişsiz təhsil almaq istəyən abituriyent 550-dən aşağı bal toplamamalıdır. Elə ixtisaslar var ki, hətta orada abituriyent ödənişli əsaslarla təhsil almaq istəsə belə nəticəsi 500 baldan yuxarı olmalıdır”.
M. Abbaszadə onu da vurğulayıb ki, bu il də Azərbaycan Tibb Universitetinə, eyni zamanda hüquqşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər 500 baldan yuxarı nəticə göstərməlidirlər. O qeyd edib ki, qızlar ödənişsiz təhsil almaq üçün daha çox orta ixtisas məktəblərinə sənəd verirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə