Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həmsədrlərin səfəri Azərbaycandan başlayacaq
Həmsədrlərin səfəri Azərbaycandan başlayacaq
21 May 2013 / 15:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Fransalı həmsədr bu dəfə Dağlıq Qarabağa getməyəcəklərini bildirib

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri Azərbaycandan başlayacaq. Fransalı həmsədr Jak For bildirib ki, onlar mayın 22-də Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəklər. Ertəsi gün vasitəçilər Ermənistana gedəcək.

J. For bu dəfə Dağlıq Qarabağa səfərin nəzərdə tutulmadığını söyləyib: “Bu, nazirlərin Krakov görüşünün nəticələrini ölkə rəhbərləri ilə müzakirə etmək üçün Bakı və İrəvana qısamüddətli səfər olacaq”.

Xatırladaq ki, mayın 17-də Polşanın Krakov şəhərində həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Görüşdən sonra verilən açıqlamada bildirilib ki, nazirlərlə görüşdə həmsədrlər sülh üçün əlverişli mühitin yaradılmasına kömək məqsədilə etimad artırıcı tədbirlərin həyata keçirilməsini müzakirə ediblər. Onlar bu məsələləri iki ölkə prezidenti ilə müzakirə etmək üçün regiona səfər etmək qərarına gəliblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə