Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəfsəncaninin namizədliyi rədd edildi
Rəfsəncaninin namizədliyi rədd edildi
21 May 2013 / 17:43 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

686 namizəddən yalnız 8 nəfər prezident seçkilərində iştirak etmək hüququ qazanıb

İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş 686 nəfərdən yalnız 8 nəfər XI dövr prezident seçkilərində iştirak etmək hüququ qazanıb.

Bunlar İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İran parlamentinin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və Məhəmməd Qərəzidir.

İran Konstitusiyasına Nəzarət Şurası İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani və İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin namizədliyini rədd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə