Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qeyri-qanuni tullantı sahələri təmizlənib
Qeyri-qanuni tullantı sahələri təmizlənib
21 May 2013 / 19:06 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilmişdir.

     Nazirlikdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, 160-a hektara yaxın sahəni əhatə edən bu qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi nəticəsində 483 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmış və “Təmiz Şəhər” ASC tərəfindən ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilmişdir. Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilmişdir. Tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Tural

arxiv.bizimxeber.az        



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə