Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu günədək 400-ə yaxın məhkum azad edilib
Bu günədək 400-ə yaxın məhkum azad edilib
21 May 2013 / 23:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün amnistiya qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 131 nəfər məhkuma şamil edilib.

Beləliklə, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında mayın 21-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrindən 381 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Cəzaçəkmə müəssisələrində amnistiya qərarının icrasında Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak edib, ayrı-ayrı müəssisələrdə qərarın icrası kütləvi informasiya vasitələrində işıqlandırılıb. Amnistiya qərarının icrası davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə