Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Pulları dağıtmağımız haqda yazılar əsassızdır”
“Pulları dağıtmağımız haqda yazılar əsassızdır”
22 May 2013 / 10:31 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“UEFA ilə bağladığımız müqaviləyə əsasən 2013-cü ildən 2017-ci ilədək qitə futbol qurumunun bayrağı altında keçiriləcək bütün turnirlərdə sponsorluq edəcəyik. Bunlardan ən böyük yarış 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatıdır. Ancaq SOCAR bu müddətdə UEFA bayrağı altında keçirilən digər yarışlarda sponsorlardan olacaq”. arxiv.bizimxeber.az xəbər verirki, bu fikirləri AFFA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan Rövnəq Abdullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. SOCAR ötən həftə UEFA ilə bağladığı müqaviləyə əsasən 2016-cı il Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub.

Rövnəq Abdullayevin sözlərinə görə, bu əməkdaşlıq təkcə rəhbərlik etdiyi şirkətin yox, ölkəmizin bütün dünyada reklamına imkan verəcək: “Sponsorluğumuz Azərbaycanı, SOCAR-ı təkcə Avropada yox, bütün dünyada tanıda biləcək, buna imkan verir. Bəziləri əsassız olaraq yazırlar ki, sponsorluq müqavilələri ilə pulları dağıdırlar. Bunlar heç bir əsası olmayan fikirlərdir. Əməkdaşlığımızın əsas məqsədi populyarlaşmadır və bunun hesabına maddi qazanc əldə edə biləcəyik. Məsələn, şirkətimiz bunun tanınmağı sayəsində ucuz kreditlər cəlb edə bilib. Yəni təkcə Avropada yox, bütün dünyada populyarlaşmamız hesabına qoyduğumuz sərmayələrin qarşılığında mənfəət götürə bilərik”.

arxiv.bizimxeber.az



“Pulları dağıtmağımız haqda yazılar əsassızdır” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə