Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İraqda terror: 30 ölü
İraqda terror: 30 ölü
22 May 2013 / 11:28 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İraqda terror aktlarında təxminən 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb

İraqda çərşənbə axşamı terror aktları nəticəsində qurbanlarının sayı 29-a çatıb, 100-dən çoxu yaralanıb.
Əsasən şiələrin məskunlaşdıqları Salahəddin əyalətinin Tuz-Xurmatu şəhərində silahlılar tərəfindən iki minalanmış avtomobil partladılıb. Bununla da üç nəfər terror aktının qurbanı olub və 44 nəfər yerli sakin yaralanıb, 10-a yaxın binaya zərər vurulub. Partlayıcı qurğuların yolda quraşdırılması nəticəsində Kərkük şəhərində iki nəfər həlak olub və 25 nəfər yaralanıb.
Bağdadın qərbindəki Əbu-Qərib şəhərində törədilmiş partlayış beş nəfərin həyatına son qoyub, təxminən 20-si yaralanıb. Baakuba şəhərində naməlum silahlı şəxslər tərəfindən iki sünni güllələnib, şəhər bazarında iki partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər həlak olub, yeddi nəfər yaralanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə