Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bahar Muradova: “Uşaq əməyindən istifadə hələ də qalır”
Bahar Muradova: “Uşaq əməyindən istifadə hələ də qalır”
22 May 2013 / 11:22 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bu gün Milli Məclis və UNİCEF tərəfindən “Uşaq hüquqları və Biznes Prinsipləri” adı altında tədbir təşkil olunub. arxiv.bizimxeber.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsini sədri Hadi Rəcəbli, UNİCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevar, BMT-nin rezident-koordinatoru Antonios Broek iştirak edib.

Tədbirdə çıxış edən Bahar Muradova bildirib ki, Azərbaycanla UNİCEF arasında əlaqələri var. “Bu gün uşaq hüquqları barədə fikir mübadilələri aparacağıq. Mən UNİCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevarda şəxsən təşəkkürümü bildirəm. Əlbəttə, uşaq hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı təhsili, təhlükəsizliyini həyata keçirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycanda bu yöndə bir sıra işlər görüb”.

B. Muradovanın sözlərinə görə, Azərbaycan o dövlətlərdəndir ki, burada uşaqlarla bağlı vəziyyət inkişaf etmiş və inkişaf etməkdə olan qonşu dövlətlərdən qat-qat yaxşıdır. “Amma heç kim deyə bilməz ki, problemlər yoxdur. Uşaq əməyindən istifadə hələ də qalır. Bu da daha çox sosial vəziyyəti yaxşı olmayan, valideynlərindən məhrum olan uşaqlarda daha çoxdur. Halbuki bu uşaqların valideynləri biznes qurumlarında işləyir. Hökumət bu istiqamətdə proqramlar hazırlayır. Biznes qurumlarının hədəfləri ondan ibarət olmalıdır ki, dövlətə dəstək versin”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə