Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha 131 nəfər azadlığa buraxıldı
Daha 131 nəfər azadlığa buraxıldı
22 May 2013 / 11:33 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Milli Məclisinin mayın 7-də qəbul etdiyi Amnistiya Qərarının tətbiqi davam edir.

Penitensiar Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, dünən adı çəkilən quruma tabe olan cəzaçəkmə müəssisələri üzrə daha 131 nəfər məhkum amnistiyaya əsasən azadlığa buraxılıb.

Bununla da, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrindən cəzalarının çəkilməmiş hissəsindən azad edilən məhkumların sayı 381 nəfərə çatıb.

Qeyd edək ki, Amnistiya Qərarının tətbiqi 4 ay ərzində yekunlaşacaq. Amnistiya ümumilikdə 9 min məhkuma şamil ediləcək. AZNWS.az

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə