Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğandan erməniləri qəzəbləndirən lətifə
Ərdoğandan erməniləri qəzəbləndirən lətifə
22 May 2013 / 11:40 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Türkiyənin baş nazirindən xristian icmasından üzr istəməsi istənilib

Bir qrup erməni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və mədəniyyət naziri Ömər Çəlikin xristian icmasından üzr istəməsini tələb edib. Buna səbəb baş nazir Ərdoğanın mədəniyyət naziri Ömər Çəlikdən eşitdiyi lətifəni tədbirlərdən birində danışması və tədbir iştirakçılarının gülməsi olub.

Məlumata görə, Ərdoğan “Ağıllı insanlar” heyətinin iclasında mədəniyyət nazirinə istinad edərək belə bir lətifə danışıb: Bir nəfər Allaha dua edərək, tanrım, məni böhtandan qoru – deyir. Bu vaxt göy guruldayır və cavab gəlir ki, böhtandan mən də bezaram. Mənə də İsanın atası deyirlər.

Tədbirdə gülüşmələrə səbəb olan bu hadisəni “Hürriyet” qəzetinin köşə yazarı Mehmet Yılmaz öz səhifəsində yazıb. Erməni icması isə bu lətifənin xristianlığın ləyaqətinə toxunduğunu hesab edərək sosial şəbəkələrdə bu hərəkəti kəskin pisləyiblər və baş nazirlə mədəniyyət nazirini üzr istəməyə çağırıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə