Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan Rusiyaya bir bal belə verməyib”
“Azərbaycan Rusiyaya bir bal belə verməyib”
22 May 2013 / 14:21 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

“Eurovision” müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi bəyanat verib

“”Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları İsveçin Malmö şəhərində keçirilən finalda səsvermənin nəticələrinə yenidən baxmaq və əlavə araşdırmalar aparmaq niyyətində deyil”. Bu bəyanatı müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi verib. “Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin nəticələrinin 50-50-yə nisbətdə yekunu Rusiyaya Azərbaycanda ən yaxşıların onluğuna düşməyə imkan verməyib. Bununla da, Azərbaycan Rusiyaya bir bal belə verməyib – bu nəticə səslərin qeydiyyatına dair müttəfiqimiz “Diqeym” şirkəti və “Pi-Dablyu-Si” şirkətindən olan müstəqil müşahidəçi tərəfindən yerindəcə, notariusla təsdiq olunub” – Avropa Yayım Birliyinin bəyanatında belə deyilir.

Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında Moskvanın “Eurovision 2013” mahnı müsabiqəsinin final səsverməsi hesablanarkən Rusiya təmsilçisi Dina Qaripovanın səhvən Azərbaycandan bir bal belə almaması insidentindən dolayı məyus olduğunu bildirib. Elmar Məmmədyarov isə bu insidenti “detektiv əhvalatı” adlandırıb. O, Azərbaycanın üç iri mobil telefon operatorunun səsvermə nəticələrinə dair məlumatlarını açıqlayıb ki, bu məlumatlara görə də Rusiya səsvermədə Ukraynadan sonra ikinci yerdə olub.

Xatırladaq ki, mayın 14-dən 18-dək keçirilən “”Eurovision” mahnı müsabiqəsində Rusiya təmsilçisi Dina Qaripova 5-ci yeri tutub. Final səsverməsində Azərbaycandan Rusiya təmsilçisinə bir bal belə verilməyib. Rusiya isə Azərbaycan təmsilçisi Fərid Məmmədova ən yüksək qiymət olan 12 bal verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə