Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aeroportda dava: 20 yaşlı oğlan öldürüldü
Aeroportda dava: 20 yaşlı oğlan öldürüldü
23 May 2013 / 10:48 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

26 yaşlı oğlan özündən 6 yaş kiçik gəncə bir neçə zərbə vurub

Ötən gün Hacıqabul rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Hacıqabul şəhərində, aeroport adlanan ərazidə 1987-ci il təvəllüdlü Abdullayev Mehman Mahir oğlu həmyerlisi 1993-cü il təvəllüdlü Zalov Nizam Rauf oğlunu qətlə yetirib. 26 yaşlı oğlan özündən 6 yaş kiçik N.Zalova bıçaqla bir neçə zərbə vurub.

M.Abdullayev saxlanılıb. O ilkin ifadəsində bildirib ki, hadisəni əsəbi halda törədib. Saxlanılan şəxs deyib ki, 20 yaşlı N.Zalov tez-tez ona yersiz zarafatlar edirmiş, söz atırmış. Hadisəni də elə bu səbəbdən törədib. Mayın 22-də rayon mərkəzində sözləri çəpləşən gənclər məsələni həll etmək üçün aeroport kimi tanınan əraziyə gəlib. burada M.Abdullayev özü ilə gətirdiyi bıçaqla məlum hadisəni törədib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Qətli törətmiş 26 yaşlı oğlan evlidir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi bir vaxtlar aeroport tikintisi üçün nəzərdə tutulubmuş.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə